Sayfalar

31 Aralık 2022 Cumartesi

Xoş gəldin,2023!










 Yeni il həmişə mənim üçün dəyişən rəqəm çoxluğundan ibarət olub. Böyüyəndən sonra heç vaxt xüsusi məna yükləməmisəm. Hər yeni ildə hər yerdə yeni illə bağlı diləklər eşidirik. "Yeni il xoşbəxtlik gətirsin", "Yeni il sevinc gətirsin" , "Yeni il bol ruzi gətirsin" , "Yeni il sağlamlıq gətirsin". Amma mənim üçün hər il bir birinin təkrari kimi gəlirdi, axi edilən o qədər dua niyə qəbul olmurdu deyə düşünürdüm. Bu işdə bir tərslik olmalıdır deyə düşünürdüm. Bu il anladım. Həmdə çox çətin yoldan öyrəndim. Bütün sirr bizim içimizdədir. Əgər bizim düşüncələrimiz dəyişməzsə yeni il bizə heç nə gətirməyəcək. Əgər biz yaşadığımız çətin hadisələr qarşısında baxış bucağımızı dəyişə bilsək o zaman yeni il bizə xoşbəxtlik gətirəcək. Yəni əslində bizə xoşbəxtliyi gətirən yeni il olmur. 

Keçən il, 2021 in sonlarında 2022-nin gəlməsi üçün həyəcanlı idim, təlaşlı idim. Mənim həmin ildə yasayacaqlarimi bilmədən,oyrənəcəklərimi bilmədən, kecəcəyim çətinlikləri bilmədən sevinclə gözləyirdim 2022-ni. 

 2022 mənim üçün çox öyrədici il oldu. Allaha güvənməyi, axışda olmağı,Ona təvəkkül etməyi öyrəndim. Yaşadığımız hər çətinlikdə bir hikmət olduğunu, bizi incidən hadisələr qarşısında səbrli olmağı öyrəndim. Mən bunları çətin yoldan öyrəndim. Amma bilirəm ki yaşanmalı olan yaşanır. 

 Bu ilin son 5 ayı məni həm ruhsal olaraq,həm həm mənəvi olaraq inkişaf etdirdi. Bir çox təlimlərə qatıldım. Bir çox kurslar aldim. Ən əsası sevdiyim işi, ixtisası tapdım. 2022 verdiyim qərarlara, asdığım körpə tək büdrəyən ayaqlarimla 2023 də eyni yola daha sağlam başmağı niyyət edirəm. 2023 niyyət edirəm məni inkişafa aparacaq kurslara,təlimlərə qatılmağa. Niyyət edirəm 2023 də çoxlu kurslara qatılmağa. 


Və sizə 2023 də hər kəsdən fərqli olaraq bol fərqibdəlik arzu edirəm.. Yolunuzu aydinladacaq ışığınız bol olsun.

Hiç yorum yok:

Yorum Gönder