Sayfalar

1 Ağustos 2022 Pazartesi

Yeni Youtube kanalım

 









  Bismillahir Rehmanir Rehim


  Kvant məsələlərini,çəkim gücünü , düşün və olsun,istə və olsun bunları artıq öyrənirəm deyəsən. Çünki çəkim yasası mənim xeyrımə işləyir artıq. Bir şeyi əldə etmək üçün artıq tək bir qaydam var. İstə və burax. Allahın yaratdığı bu möcüzəvi qanunlarla tanış olduğum üçün Allaha nə qədər şükür etsəm azdır. Həmişə bir komputerim olsun istəyirdim. Öz yazılarımı yaza biləcəyim bir kompyuter. Çox şükür Allaha. 


 Artıq mənimdə bir kanalım var. Youtube kanalım. Hələ yolun çox başındayam amma inanıram ki çox qısa zamanda tanınacaq və məşhur olacaq. Çünki hər şey istəməklə başlayır. Çox şükür Allaha. Həyatımda ilk dəfədir ki,bütün bədən üzvlərimlə birlikdə sükür içərisindəyəm. 


  Bayaq bir video izlədim. 10 000+ aboneye sahib bir bacı öz kanalında yaşadığı çətinliklərdən bəhs edir. Mənim axtardığım video idi. Mən Allahdan istədim və Allah qarşıma çıxartdı. Deyir ki, kanalı açanda heç kim ona dəstək deyildi, hamı gülür lağa qoyur,məzə edir, yenə mi çıxartdın telefonu deyirlərmiş. Amma mən şanslıyam. Kimə bu xəbəri vermişəmsə hamı dəstək oldu,hamı çəkdiyi videoları göndərirlər ki kanalında paylaş.  


  Mən şanslıyam. Mən şansam. Mən xoşbəxtəm. Mən uğurluyam. Mən uğuram... 




 İmza:10














Hiç yorum yok:

Yorum Gönder