Sayfalar

28 Nisan 2023 Cuma

Parkdakı qadın (1)

 Şirkətə işə daxil olmağımdan 2 ay ötürdü ki,bir oğlan gördüm. Yaşı mənlə eyni olardı. Yaraşıqlı desən yaraşıqlı deyil,elə də fit deyil. Amma o oğlanda məni özünə doğru cəzb edən bir şeylər olduğu dəqiqdir. Əsil səbəbini aylar sonra anlayacaqdım. Şirkətə gec-gec gəlirdi. Amma mən birdən o gələrdə gormərəm deyə erkəndən gələr,gec gedərdim. Gözüm hər yerdə axtarardi. Eyni bölmədə isləyirdik amma o gec-gec gəlirdi. Nə əsl səbəbini bilirdim,nə də kimsədən soruşmağa cəsarət edirdim. Şirkət hamı ilə əlaqəsi əla idi. Xüsusi günlərdə gəlirdi daha çox. Kaş daha tez tez gələydi deyə içimdən keçirdim. Onu hər görəndə həyəcanlanır, aşiq olurdum. 


    Günlər aylar keçirdi. Amma cəsarət edib bir addım ata bilməmişdim ta ki bir gün təsadüfən işlə bağlı məndən nəsə soruşana qədər. Söhbət söhbəti açdı, uzun uzun söhbətlər etdik. Yazışdıq,dedik güldük əyləndik. Mənə qarşı çox mehriban idi. Mənimlə maraqlanir,mənə vaxt ayırır,illərdir həsrət olduğum sevgini ötürürdü. Sanki içimdə olan boşluqlar dolurdu. Münasibətimizi ciddiləsdirməyə qərar verdik. Ailələrimizə bildirdik . Atalığım ilk başlarda etiraz etsə də "səndən nə qədər tez xilas olsam o qədər yaxşıdır" deyib razılaşdı. O qədər xoşbəxt idim ki,illərdir həsrətində olduğum xoşbəxtlik qapımın astanasındadır. Daha doğrusu elə olduğunu düşünürdüm. 

  Nişan,evlilik oldu. Hər şey tələsik oldu,nə də olsa aralığımın gözündə yük idim və nə qədər tez xilas olsam o qədər yaxşıdır deyə düşünürdü.. 

 Evliliyimin ilk həftəsi əla idi, evimizdə xoşbəxt hüzurlu yaşayırdıq. Anamın ordan burdan qisib mənim üçün aldığı qab qacaq,mənim öz maaşımla tamamladigim cehizlərimlə dünyanın ən xoşbəxti hiss edirdim. Xoşbəxt idim. Aralığımın yanından qaçmışdım. Zindanimdan xilas olmuşdum. Qirmisdim bütün qandallari. Evimizdə xoşbəxt hüzurlu yaşayırdıq ta ki yoldaşımın telefonunda yazışmaları tutana kimi. Səhər mesajlaşmasi idi. Sabahın xeyirlə başlayıb,nə edirsənlə davam edirdi. İlk əvvəl anlaya bilmədim,məna yükləyə bilmədim daha doğrusu. Nə baş verir deyə düşünərkən, gəldi əlimdən aldi telefonu. Üstümə qışqırdı "sən nə cəsarətlə əlinə alırsan mənim telefonumu" deyə. Hər şey o gündən sonra başladı. Döymələr,qisqirtilar,hədə-qorxular. Kiməsə desəm oldurəcəkmiş məni. Sanki deyəcək kimsə varmış kimi. Zindandan xilas olduğumu düşünərkən daha böyüyünə düşdüm. Ağlım başıma gec gəldi. Bu həyat tam 7 il sürdü. Bu ərəfədə 1 qızım 1 oğlum-əkizlər oldu. Onlara görə yaşadım. Onlar üçün tutundum həyata. Yaşamaq deyilərsə mənim yaşadığıma. Gözümün altının şişliyi heç əskilmədi,qolumun yarası heç sağalmadi, qəlbim heç çiçəklənmədi. Ta ki onunla tanışana qədər. 


 Uşaqları parka apardığım günlərdən biri idi. Ən sevdiyim zaman ərəfəsi idi. Tək qaldığım, düşündüyüm nadir anlardan biri idi. Saç- baş dağınıq, üzüm gözüm yara içində, paltarım desən ən son 10 il əvvəl almışdım, köhnələri geyinirdim, söküldükcə əlimdən gəldiyi qədər düzəltməyə,tikməyə çalışırdım. Bu səbəbdəndir ki yanimda heç kim əyləşməzdi. Tək oturardim daima skameykada. Amma o gəldi yanıma. "Necəsən?" deyə soruşdu. İllərdir heç kim məndən necə olduğumu soruşmamışdı. Buna görə başımı qaldirmadim,telefonla danışır sandım. Davam etdi danışığına "adın nədir?". Allahım,mənimlə danışır o deyə düşündüm. Başımı qaldırdım,baxdim ona. 40 lı yaşlarında,səliqəli geyimli çox gözəl bir xanım idi. 

- Bağışlayın, mənimlə idiniz?- dilim topuq vura-vura danışdım. Biri ilə ən son nə zaman danışdığımı xatirlamirdim. Kəlimələr beynimdən silinmiş kimi idi. Eyni zamanda qorxu var idi qəlbimdə, "ya gələrsə?" , "gəlib görsə əsəbləşər", " elə bilər ondan şikayət edərəm", "hardan çıxdı axi,bu?" "mən durum gedim ən yaxşısı". Deyə düşünüb tam yerimdən qalxacaqdim ki, "Durun!" deyə səsləndi mənə. 

- Çox gözəl gözləriniz var. 

Allahım illərdir aldığım ilk tərif idi bu. Tanımadığım biri mənə tərif deyir. 

-Bagislayin amma getməliyəm. Gecikirəm,- dedim xanıma.

-Usaqlar gəlin, gedirik evə. Atanız gələr bir azdan,- deyə səsləndim uşaqlara.

-Evə geciksəniz, yoldaşınız nəsə deyər?- deyə soruşdu. 

Allahım,bu qadin nə etmək istəyir belə. Məgər anlamır ki getməliyəm .

- Sabah gələcəksən? 

Cavab vermədikcə suallari dalbadal ünvanlayır.

- Murad,Zeynəb tez olun! Axı sizinləyəm,- deyə bu dəfə daha ucadan səsləndim uşaqlara. 

-Gəldik,ana,- deyə Zeynəb gəldi əvvəlcə ardınca da Murad. 

-Gəlin, uşaqlar, tez olun,gecikirik!

-Sabah gələcəksiniz, yenə? -deyə soruşdu xanım.

- Yox! - deyib , uşaqların da əlindən tutub cəld addımlarla evə gəldik. Yolboyu uşaqların suallarina məruz qalsam da ,evə yoldaşımdan tez catdigima sevindim. Uşaqlar evə çatandan sonra da beynimin ətini yeməyə davam etdilər. "Ana,o kimdir?" " Ana ,bizi hardan tanıyır o qadın?" kimi suallarla. 

-Usaqlar, bu gün gördüyümüz o qadını atamiza demirik, yaxşı? - deyə tapşırdım.  5 yaşına çatmış əkizlər eyni anda başlarını silkələdilər. Xüsusilə oğlum: 

-Ana,narahat olma, qoymarıq atamiz səni yenə döysün. 

Bu an günortadan bəri gizlətdiyim göz yaşlarım dayanmadan axmağa başladı. Övladlarımı qucaqlayib,bu günki naməlum o qadını fikirləşib ağlamağa davam etdim. Ta ki qapı döyülüb, qara günüm gələnə qədər . 


Hiç yorum yok:

Yorum Gönder