Sayfalar

18 Temmuz 2022 Pazartesi

Unutduğum kvan

 










   Bismillahir Rəhmanirn Rəhim



   Son günlər bir kitab oxuyuram,hər oxuduğumda qəlbimdə yazmaq eşqi iləməştutuşduğum,olmaq istədiyim yerdən daha yaxşı yerə yuksəlmək istədiyim bir kitab. Bir kitab oxuyuram hər sətrində özümü tapdığım,hər sətrində yazmağı nə qədər çox sevdiyimi xatırladığım. 


 İlahi zamanlamanın gücü ilə bir neçə il əvvəl tanış oldum. Kvanı əlimə aldığımda oxumağa çox həvəsli idim. Sonra bir yerdən yazarın gənc biri olduğunu öyrənib,kitaba "önyarqı" ilə yaxınlaşıb yarımçıq saxladım. İllər boyunca rəfimdə oxunmağını gözləyən kitab ən doğru zamanda həyatıma yenidən girdim. O zaman anladım hər hadisənin öz doğru zamanı olduğu kimi,hər kitabın da öz doğru zamanı var.

  Kvan- həyatının işiylə məşğul olan  və bundan həzz alan insanın yaşadığı sevinc hissidir. Yazar kitabda 7 sual ünvanlayır sizə,yazar özü də həmin sualları sizinlə birlikdə cavablayır və sizə yol göstərir. Öz xəyallarından danışır,ən cəsarətli addımlarından bu yolda çəkdiyi əziyyətlərdən danışır. Yaşadığı xəyal qırıqlıqlarından,heç kimin ona inanmamasından, yıxıla qalxa addımlağa çalışarkən yanından olanlardan və olmayanlardan danışır. Aldığı təlimlərdən,getdiyi seminarlardan amma ən çox Brayan Treysinin seminarından sonra onunla olan dialoqlardan danışır. 


   Kitabın hər səhifəsi mənə yazı yazmağı nə qədər çox sevdiyimi xatırlatdı. Unutduğum daha doğrusu unutmaq istədiyim xəyalımı xatırlatdı. Blogumu xatırlatdı. Mən öz kvan hissimi yazı yazarkən yaşayıram.. Kim bilir yazar olsam,kitab yazsam,bundan pul qazansam nə qədər xoşbəxt olaram....


 Hər kəsin öz kvan hissini yaşaya biləcəyi işi olması ümidi ilə,sevgi ilə qalın....




















Hiç yorum yok:

Yorum Gönder