Sayfalar

18 Temmuz 2022 Pazartesi

Addımladığım yolum

 








  Bismillahir Rəhmanır Rəhim



    Səbr dedim bütün yaralı qəlbimlə , hər şeyə rəğmən dimdik ayaqda olduğumu özümə xatırladaraq. Səbr dedim güclü olduğumu Rəbbim sayəsində bacardiğimi öyrənərək. Və səbr dedim ən böyük qorxumun üstünə dimdik yeriyərək. Hər anımda yanimda olan,ən çətin anlarımı paylaşdığım ,yixildiğimda tək əlimdən tutan və ən əsası nə qədər günah edirəmsə edim məni tərk etməyən bir Rəbbim var. Hər hərəkətimdə keçmişi xatırlayıram,daha ehtiyyatlı olmağa çalışarkən buna ehtiyac olmadığını anlamaq çox ağrılıdır əslində . Mən nəyəm,mən kiməm,hardan gəlmişəm hara gedirəm? Yaralıyam amma
yaramı sevirəm çünki bilirəm ki Yaramı mənə Verəndə məni sevir. Nəfəs alıram ,dimdik ayaqdayam ən böyük qorxularimdan birinə qalib gəldim necə məğlub olmuş ola bilərəm ki? Mən uddum,mən qalibəm mən güclüyəm Rəbbim sayəsində...

  Laiqmiyik onun nəsib etdiyi hər xeyrə. Laiqmiyik bizi bizdən daha çox sevən birinə . Laiqmiyik ?? Deyilik bəlkə də . Amma hər şeyə rəğmən dimdik ayaqüst
 durmalı yaşamağa davam etməliyik. Çünki bu dünyaya gəlməmişdən əvvəl ruhlarımız Allahla dünyadakı çətinliklərimizi görüb və qəbul ediblər. Bu halda bizə üsyan,şikayət yaraşmaz. Amma insanıq deyə hərdən çox yorulur və üsyan edirik. Allahın mərhəmətinə sığınırıq və bağışlanmağımızı diləyirik. 

  son 1 ildə həyatımda çox şey dəyişdi və dəyişməyə davam edir. Mən dəyişdim,fərqindəliyim artdı amma hələ də istədyim mən deyiləm. Addimlamağı olduğum,getməli olduğum çox yol,öyrənməli olduğum hələ çox dərs var. Amma doğru yolda olduğumu bilmək belə böyük qürur hissi verir.


  

Hiç yorum yok:

Yorum Gönder