Sayfalar

15 Eylül 2018 Cumartesi

"Tanrı tənhalığı"

Bismillahi Rahmani Rahim

Salam, dostlar, necəsiniz? Bir neçə gündür yazı yaza bilmirdim, duyğularımı, hislərimi kəlmələrlə bölüşə bilmirdim. Bu zamanda qəlbimdə səbəbinin nə olduğunu bilmədiyim ağırlıq baş qaldırırdı. Bu yazı yaza bilməmə hissini bir dəfədə yaşamışdım. O zamanda bir az ara verib daha sonra yazmağa yenidən başlamışdım. Vəə eyni ilə bu dəfə də bir neçə gün ara verib yenidən başladım. Bu gün çox sevərək oxuduğum kitab haqqında danışmaq istəyirəm.





🎈 Kitabın adı: "Tanrı Tənhalığı"

🎈Yazarı: İlqar Kamil

🎈Səhifə sayı: 179

🎈Şeir sayı :60

🎈Esse sayı: 10
Kitab özü o qədər axıcı idiki mən bir neçə saat ərzində bitirdim. Kitabın yazarı olan İlqar Kamilin oxuduğum ikinci kitabıdır. Bundan əvvəl isə Səmavi Mesajlar kitabını oxumuşdum. O kitabında yazıçı Quran və İncildən olan ayələrin bəzilərini hazır ki dövrümüzə uyğun mənasını izah etməyə çalışmışdır və məncə də çox uğurlu olmuşdur.

   Bu kitabı isə əvvəldə dediyim kimi "Tanrı tənhalığı " adlanır. Kitabın ilk 130 səhifəsi ancaq şeirlərdən ibarətdir. Şeirlər o qədər gözəl qələmə alınıb ki, adam heyrətlənməsə olmur. Ümumiyyətlə mən şeir yaza bilmədiyim üçün şair və şairələrə heyran olmuşam. Çünki yazı yazmaq daha asandır məncə,nəinki şeir. Şeirlər sevginin hər iki növündən bəhs edir. Hər iki növü dedikdə həm ilahi - Allaha olan sevgi, digəri isə dünyəvi sevgi- yəni qarşı cinsə, valideynə, müəllimə və sair və ilaxır. Şeirlər o qədər gözəl yazılmışdı ki, İlqar Kamilin qələminə bir daha heyran oldum. Kitabda bir cümlə var idi. Belə ki,bəzi əsərlər o qədər mükəmməl olur ki, yazarı unudulur. (xatırladığım qədəri ilə belə idi cümlə)
Yəni, yazar demək istəyir ki, hər yazılan əsərin arxasında yazar olduğu kimi, hər yaradılan əsərin arxasında da Allah vardır. Kitabın sonlarında esselər də bu haqdadı. O qədər gözəl nöqtələrə toxunmuş ki, yazar uzun zamandır Azərbaycanda axtardığım yazar olduğunu ürəklə deyə bilərəm. Bəli, bəli. İlqar Kamil esselərinin hamısını İlahi Məhəbbətə həsr edib. Yəni kitabda yazılan esse uzun zamandır sorağında olduğum yazılar idi. Kitabın başqa bir hissəsində isə deyilir ki, "nəyi axtarsanız onu tapacaqsınız". Yəni Allahı axtarsanız mütləq onu tapacaqsınız. Bu zaman bir sual çıxır ortaya " ömür boyu sərvət axtardığımıza rəğmən, Onu niyə tapa bilmirik?". Yazar bu suala bir lətifə ilə cavab verir. Məndə yazım, sizdə oxuyun.
Bir gün görürlər, Molla nəsə axtarır.

-Molla əmi, nə axtarırsan? - bivec-bikar adamlar yaxınlaşıb, az qala, xorla soruşurlar.

-Evimin açarını itirmişəm, onu axtarıram,-deyə Molla başını qaldırıb cavabını verir.

-Harda itib açar? - avaralar bir daha dillənirlər.

-Odeey, orda! - Molla əlini uzadıb uzaq və qaranlıq bir yeri göstərir.

-Boyy, - təəcüblənirlər- elə isə, bəs niyə orda deyil, burda axtarırsan?

Molla boğazını uzadaraq ironiyanın zirvəsini fəth edir:

-Çünki bura işıqlıqdı, açarı burda axtarmaq daha rahatdı.

Məsələ budur, Molla deyir, biz axtardığımızı olduğu yerdə deyil, bizə rahat olan yerdə axtarırıq deyə tapmırıq.

Məndən olsa bütün kitabı paylaşaram. Bütün kitabı yazaram sizlərə, birdən kitabı oxuma şansınız olmaz deyə. O qədər çox sevdim ki kitabı, xüsusilə də esselərini, bəlkə də duyğularımı kəlmələrlə izah edə bilmərəm. Kəlmələrə hələlik son deyirəm. Sirləyirəm söhbətimizi açma yerini kitabda çox sevərək oxuduğum qismlərə verərəm. Buyrun.....




















İmza:10

P.s: Bu arada bu kitabdan başqa bir şeydə öyrəndim. Öyrəndiyim budur ki, mənim yazılarım esse adlanır. Mən isə bunu bilmirmişəm...

2 Eylül 2018 Pazar

Kiməm mən?







Bismillahi Rahmani Rahim

Bu bloq dünyasının mənə qazandırdığı çox şey var. Ümumiyyətlə mən soyuq qanlı birisiyəm şirindilliyim, insanlarla asan ünsiyyət qurma qabiliyyətim sıfırdır desəm yalan olmaz. Məsələn təzə mühitə düşsəm onlara öyrəşmə, onlarla əlaqə qurma ehtimalım yoxdur. Yalnızca onlar mənə yaxınlaşdıqda olur. Onlar dediyim də özləri hamı ilə asanlıqla dostluq qurmağı, tez qaynayıb-qarışmağı bacaranlardır nəzərdə tutduğum. Elə bu səbəbdəndir ki, universitetdə oxuduğum 3 il ərzində 2 nəfərlə,11 il oxuduğum məktəbdən isə sadecə 3 nəfərlə əlaqəm var ki, onlardan da 1i ilə ayda ildə bir dəfə danışırıq. Amma dost oldum mu hər tərəfli oluram. Ölümünə dostluq deyirlər ya onlardan deyil, axirətinə olan dostlardan. Çox gözəl sirr saxlıyaram məsələn mən, çox gözəl dinliyərəm. Dərdlərinə ortaq olar, onlarla birlikdə üzülər, birlikdə sevinərəm. Dua edərəm onlar üçün onlardan xəbərsiz. Onlarda yaxşıdır. "Dostlarını göstər kim olduğunu deyim " desələr rahatlıqla göstərərəm. Utanmadan, çəkinmədən göstərərəm. Biri haqqında yazı yazdım Fransadan makaron gətirdi, birinə qəlbimi verdim dostluğun zirvəsini yaşatdı mənə, digərləri isə məktəbdən dostam. Biri ilə bu il sentyabrın 15 i 14 illiyimiz olur. Qızdan əl çəkə bilmirəm :). İnanmayacaqsınız amma hər şeyimiz bir oldu. Bir ağlamışıq, bir gülmüşük onunla. Məktəb dəyişdik bir. Eyni vaxtda nişanlandıq, eyni ildə evləndik. Qız əl çəkmir məndən desək bəlkə də daha doğru olar. Amma yaxşı ki çəkmir. Hələ biri var, görsəniz inək deyərsiniz :). Zarafat edirəm biz ona inək deyərdik. 9 cu sinifdə təzə məktəbimizdə tanış olduq onunla. Vuruşurdu, bütün sinif bir o tək olurdu daha doğrusu tək qalırdı. Vuruşmaq deyirəm elə belə bir şey fikirləşməyin haa. Onu məktəbdə ağlatmadığımız gün olmazdı. Bəzən o qədər əsəbləşərdi ki, burnundan qan gələrdi. Hələ bir dəfəsində sinifdən çıxandan sonra arxasınca qələm atmışlığım belə var. Anam deyərdi ağlatmayın o qızı günahdı,yaxşı qızdı sonradan peşman olacaqsınız. Amma qulaq asan kim? Sinifimizə gəlsə idiniz o zamanlar hər gün müharibə şahid olardınız, o vəziyyət idik. Amma indi görsəniz. Ayrılmaz olmuşuq. Bir parça olmuşuq. Ah hərdən O zamanlar  üçün darıxıram. O vaxta getmək istəmirəm qətiyyən sadecə o cəsarətli mən üçün darıxıram. Çox cəsarətli idim o zamanlar. Dediyim dedik idim. Sözümü deyə bilirdim, xəyallarımın arxasınca gedə bilirdim. Amma o vaxtlardan dəyişməyən bir xasiyyətim oldu. Dəyişə bilmədiyim desəm daha doğru olar. Çox qırılğanam mən. Heç kimə hiss etdirmirəm qırıldığımı, yaralarımı. Uşaq vaxtı atam qardaşımı həkimə aparmışdı. Gec gəldiyi üçün narahat olub zəng etdim. Etməz olaydım. Çox gözlədikləri üçün əsəbləşmişdi normal olaraq. Amma əsəbini mənə tökdü. Mənə qışqırdı telefonda "kefimizdən gözləmirik ki?" deyə. Çox qırılmışdım, çox ağlamışdım. Onda anlamışdım mən ən çox sevdiyimə qırılıram. Uşaqlığımdan hər ağlıyanda anam danlıyardı. Uşaqlığımdan üstümdə qalan adətim budur- hər kəsdən gizlərəm göz yaşlarımı. Bu səbəbdəndir gecə axıdılan göz yaşlarım. Qaranlıqda, gizlincə. Çox cəsarətsizəm mən. Həm də çoox. Heç bir zaman qırıldığımı deyə bilmərəm. İçimə salan mən olaram. Danışa bilmərəm burda yazdığım cümlələri. O isə mən yazarkən daha cəsarətli oluram. Kəlimələr sevməyimdə bundandır. "Niyədir bura gərgin sifətinin səbəbi" deyə soruşulsa "heç nə" deyərəm. Qaçış üçün əla cümlədir. O isə dinləmirlər ki, səssizliyimdən anlasınlar. Dinləmirlər ki, qəlbim danışsın, dilim sussun. Onlar sadecə qırmağı bacarır.
Mən çox safam əslində. Hər zaman yaxşı şeylərin olacağına inanıram. Hər zaman ümidlərimi çox daha yaxşı şeylər üçün yığıram. Sonramı? Sonra axıdılır göz yaşlarım və özümü burda tapıram birdən. Kəlimələrimdə. Ah bir az cəsarətim olsa qırdın məni deyə bilsəm. Küsə bilsəm, bu qədər asan bağışlamasam hər şey bir az daha yaxşı olacaq bəlkədə amma....

Ah bu ammalar çıxdı axırımıza ya buda ayrı məsələ əlbəttə.
Hardan hara gəldik. Bu bloq dünyasının mənə qazandırdığı çox şey var bəlkə də amma ən əsas "səsli şəkildə ifadə edə bilmədiyim kəlimələri yazaraq ifadə etmək cəsarəti" verdi. Bu səbəbdəndir bloguma  olan bağlılığım.....


İmza:10

30 Ağustos 2018 Perşembe

#2 4+1

  Bismillahi Rahmani Rahim



Salam dostlar necəsiniz? Bu gün yeni bir 4+1 filmlər ilə qarşınızdayam. Bu gün baş qəhrəmanı uşaqlar olan, mənim çox sevərək izlədiyim 5 filmi məsləhət görəcəm. Bu filmləri Rahatlıqla övladlarınızla birlikdə izləyə bilərsiniz. Ümumiyyətlə elə bu məqsədlə seçmişəm. Başlayaq...

1.Rüzgar




Yetim olan 10 uşaq müxtəlif üsullarla qaçırılaraq oğurluq etməyə məcbur buraxılır. Bu vəziyyətlə razılaşıb, qədərinə boyun əyən uşaqlardan sadecə 1 i həyatını dəyişmək istəyir və hadisələr bundan sonra başlayır. Rüzgarla yeni bir qaçışa hazırsınızmı?



2. Küçük Ortak




Deməli filmimizdə Ceren var, Selim var və Ayşe yəni Sibel var. Ceren çox uğurlu bir reklam yazarı olsada şirkətin yeni Müdürü- Selim xaricdən gəldikdən sonra hər şey dəyişir. Çünki bir reklam filmi çəkilməlidir amma bu reklamı istəyən şirkətin bir şərti var. Belə ki bu reklam üstündə işləyən bütün işçilərin övladı olmalıdır. Bu vəziyyətlə baş-başa qalan Ceren'in tək bir yolu var. O yolu isə izlədikdən sonra öyrənəcəksiniz.



3. Chasing Ghosts- Ruhların ardında



Qardaşını itirən 11 yaşlı uşağın film çəkmə sevdasından bəhs edir. Amma bir qəribəlik var çəkdiyi filmlərdə. Olduğu çətin vəziyyətdən çıxarmağa isə bir dostu kömək edəcəkdir. Dost, müəllim olan bu şəxs onun həyatında vacib rola sahib olacaqdır.

4. Hadi be Oğlum



Yazdığım filmlər içərisində ən bi sevdiyim film. Efe digər uşaqlardan fərqlənən bir övladdır. Danışa bilmir, ətrafında olan insanlarla ünsiyyət qura bilmir ən pisi isə heç nəyə reaksiya verə bilmir. Film övladı üçün hər şey edən, oğlundan heç bir zaman ümidini üzməyən bir atadan gedir. Sonda ağladığım nadir filmlərdəndir. Mütləq izləyin.



Və +1. Tavşan Peter




Dovşan Peter və dostu boş bir evə sahiblənmişlər. Evdə istədikləri kimi həyat sürən heyvanların bir gün ev sahibinin evə gəlməsi ilə həyatları dəyişir. Ev sahibi ilə aralarında şirin bir mübahisənin əsas mövzusu olan bu animasyon film çox maraqlıdır.



İmza:10



29 Ağustos 2018 Çarşamba

Yeni qanun









  Bismillahi Rahmani Rahim

Salam dostlar necəsiniz? Bu gün məqsədlərdən danışmaq istəyirəm. Amma məncə məqsədlərə keçməmişdən əvvəl bu aralar həyatıma daxil etdiyim yeni qanundan danışaq.

Məncə hər bir insan keçmişi haqqında düşündüyü zaman "keşke, belə yox elə edəydim" deyə düşünür. Ən azından mən düşünürəm. Yəni düşünürdüm. Amma artıq yeni qərar vermişəm gələcəkdə "keşke edəydim" deməmək üçün ürəyimdən keçən hər şeyi etmək istəyirəm. Nə itirəcəm ki, onsuzda. Amma çox şey qazanacam. Tam olaraq bu qanunu 2 dəfə yoxladım və hər ikisində də uğurlu oldu. Birində kitab səhifələrindən biri Türk yazıçı tərəfindən hədiyyə olunmuş 15 kitabın 12 ini kitab səhifələrinə verəcəyini dedi. Və mən vaxt itirmədən yazdım ki, məndə kitab səhifəsiyəm və bu kitabı oxumaq istəyirəm. O isə cavabında bütün kitabları payladığını yalnızca 2 kitabının qaldığını demişdi və mənə kitabı vermişdi. Beləliklə bu  qanunu ilk yoxladığım zaman uğurlu olmuşdu. İkincisi isə Parlaq İmzalara ünvanladığım məktub sayəsində oldu. Bildiyiniz kimi Parlaq İmzalar nəşriyyatı kitab sevərlərə kitab hədiyyə edirdi. Onlar nəzərində 13 nəfər tutduğu üçün bölgünü səhv apardılar və bəzi kitab səhifələrinə 15+ kitab verdikləri halda bəzi səhifələrə isə heç nə vermədilər. Bəli, əlbəttə ki etirazımı etdim və onlar cavabında sadecə 3 kitab hədiyyə edə biləcəklərini dedilər. Səhər görüşdüyümüz zaman isə mənə 3 yox düz 8 kitab hədiyyə etmiş oldular. Beləliklə növbəti dəfə bu qanun işə yaradı. Əgər onlar etiraz etsəydi yox desəydilər yenə də itirəcəyim heç nə yox idi. "Onsuzda onlar məni tanımır" cəsarəti ilə çıxmışdım bu yola. Yəni, əziz oxucu, sonradan keşke edəydim deməmək üçün bu gün et. Olsa uğur, olmazsa təcrübə de keç.
Bu yazımda buraya bir neçə məqsədimi qoymaq istəyirəm. Çünki deyirlər ki bir insan ancaq bir yerlərə yazdığı zaman daha çox yadda qalan olur. Deməli, bilirsiniz ki mən ilin əvvəlində məqsəd qoymuşdum ki 100 bloq yazısı, 100 ədəd bədii kitab oxuyacam. Amma əfsuslar olsunki hər ikisinində sayı 20+_1 dir. Yəni tempi bir az artırmaq lazımdır. Belə ki, hesablamama əsasən əgər mən 1 gündən 1 yazı yazsam və paylaşsam ilin sonunda 100 yazını tamamlayacam. Və əgər bir aya 20 kitab oxusam məqsədimə çatmış olacam. Bunu nə qədər bacaracam bilmirəm amma bir yerdən başlamaq lazımdır. Elə isə getdik...

İmza :10


26 Ağustos 2018 Pazar

20-ci ad günüm


Bismillahi Rahmani Rahim


Həə, dünən yazmalı olduğum yazını bu gün yazıram, dünən o qədər yorulmuşdum ki sözlərim tükənmiş ard-arda düzülməmək üçün israr edirdilər.

  Qədəm qoydum 20 yaşa. 20il sözə rəqəm kimi gəlir amma asan deyil. Çətini, sıxıntısı, göz yaşları, qəlb qırıqlığı ilə keçən 20 il. Nə tez böyüdüm deyirəm hərdən özümə. Niyə bir az daha uşaq qalmadın deyirəm amma bu günlərimi uşaqlığımda görsəm və bilsə idim səbr et deyərdim. Sənin sevmədiyini düşündüyün adam, isti qucağına həsrət böyüdüyün adam qucaqlayacaq saracaq sarmalayacaq deyərdim. İlk məhəbbətim, ilk sevdam illər ərzində qarşılıqsız olduğunu düşündüm. O zamanlar uşaq idim əlbbətə hər şeyə öz tərəfimdən baxırdım. Onun çəkdiyi əziyyətləri düşünmədən danışırdım. O isə hər istədiyimi almışdı amma tək istədiyimi, ən çox ehtiyac duyduğumu verməmişdi. Amma kim bilir o nə əziyyətlər çəkmişdir. Mən tək deyildim ailəm yanımda idi amma o tək başına mübarizə aparırdı bizdən kilometrlərcə uzaqda.

  Sizə bir sirr verim ən gözəl ad günümü keçirtdim dünən. Əlimdə telefon zəngini gözlədiyim adamın isti nəfəsini duydum. Bu mənim üçün ən böyük hədiyyə idi onun tərəfindən ondan xəbərsiz verilmiş.  Bu 20 ildə, 20 ad günümdə sayını unutduğum qədər ad günüm unuduldu, heç kim bilməsin deyə tort dahi bişirilmədi. Heç kim gəlməsin deyə uzaqlara qaçırıldım. Və yenə sayını unutduğum qədər böyük ad günüm keçirilmişdi, hələ bir dəfəsində çalğıda olmuşdu. Allah rəhmət eləsin ana nənəmgildə olardıq hər il. Yay qızıyam ya gözlərdən uzaq olardıq. Amma heç bir ad günüm bu ad günüm qədər unudulmaz olmadı. Əvvəllər Allaha dua edərdim o isti qucağı dadmadan, isti nəfəsi duymadan öldürməsin məni deyə amma artıq rahatam. Nə çox bağlı imişəm ilk sevdama, məni doğru yolla ilk tanış edənə.

Qəbul edirəm mən çox paxıl uşaq olmuşam amma əgər o dönəmlər bəzi hadisələri görməsəm, qəlbim qırılmasa idi Allahımı tanımazdım. Qəlbimi Yaradana təslim edə bilməzdim. Evə tez-tez girib ilk məhəbbətimdən mesajın gəlib-gəlmədiyini soruşan o uşaq böyüdü artıq amma o paxıllıq hiss keçmədi. Hələ də qısqanıram o ilişkiləri. Bəlkə də yaşaya bilmədiyim onca duyğu məni məcbur etmişdir bilmirəm amma bildiyim bir şey varsa dəydi. Dünəni yaşayandan sonra silmək olar keçən 19 ilin yarasını. Məhrum edildiyim o xoş xatirələri, yaddaşıma həkk olan o acı duyğuları silmək olar. Qırılan qəlbimin səsini unutmaq olar. Uşaqkən yazıbda vermədiyim, verə bilmədiyim 10larla məktubu cırıb atmaq olar ağlımdan. Təki nəfəsi üzərimizdə olsun. Təki sağ olsun canı dedim hər zaman. Və yenə deyirəm o yaxşı olsun mən bağışlayaram uşaqlığımı, gəncliyimi, sevincimi, kədərimi. Halal edərəm haqqımı, təki o yaxşı olsun.....
İmza:10


23 Ağustos 2018 Perşembe

Bir az söhbət...







Bu pinqivin çox şirin deyilmi ? Tutsamda oynatsam. 
Bu gün yazı yazmaq günümdür nə yazsam? Nə yazsam? Deyə fikirləşirdimki, yuxularım yadıma düşdü. Yuxulara inanırsınız siz? Məncə girişi səhv etdim. Gəlin sil başdan başlayaq yazımıza.



         Bismillahi Rahmani Rahim
  Salam dostlar necəsiniz? Neynirsiz? Sağolun məndə yaxşıyam, yaşıyıram özüm üçün. Həyat davam edir onsuzda. Bu yayda belə getdi. Heç dincələ bilmədim. Yayımı daha çox rayonları, xarici ölkələri gəzən dostlarımın şəkillərini izləyərək keçirdim, hə birdə bəyənərək. Dincələ bilmədim sanki. Yorğunluğum üstümdə qalıb. Nə tez getdi bu yay. Mən heç doyunca yatada bilmədim. Yenə dərslər açılır. Amma şükürlər olsun sonuncu ilimdir. İn şa Allah diplomumu vaxtında  ala bilərəm. Niyə deyə soruşmayın məncə. Bu aralar yazamama sendromu yaşayıram nə yazacağımı bilmirəm çox vaxt. Amma son günlər qəribə yuxular görürəm bəlkə bu haqda danışaq. Çox qəribə yuxular əslində. Hər gün fərqli bir xəyalımı yaşayıram. Hər yuxumda arzu etdiyim bir məqamı yaşayıram. Birində velosiped sürürəm doyunca, birində rəf dolusu kitab, birində hər kəs tərəfindən bəyənilərək oxunan bir blog, birində noutbuk və sair və ilaxır. Nə qəribədir deyilmi gerçək həyatda əlçatmaz kimi görünən xəyallarımız tam canlı şəkildə yaşayırıq.

Hey dostum sakitləş onlar yuxudur deyirəm sonra. Bu həyatda onsuzda qəribədir, yuxular daha da qəlizləşdirir məsələni.(Bu yazını yazan zaman uzanmışdım) Bir anlıq bayaq gözümü yumdum və sonra açdım deyirəm məndə heç yata bilmirəm bir də saata baxıram ki 1saat vaxt keçib, deyirəm yaxşı ki yata bilmirəm yatsam heç oyanmaram yəqin. Yox, yox. Oyanmaram deyə bir söhbət yoxdur çünki bizlər öldüyümüzdə oyanacağıq bu yuxudan. Yəni əslində indi yuxudayıq yatdığımızda, daha doğrusu öldüyümüzdə oyanacağıq. Əslində insanın tez tez etməli olduğu söhbət budur amma kiminlə oturub bu söhbəti açsam hamı susdurur. Heç ölməyəcəkmişiz kimi yaşamağımızda burdandır. Ay nə isə ölüm deyə deyə içim şişdi. Hardan gəldik bura. Həm əvvəlcə biz özünüzə soruşun mən ölməyə hazırammı, ölüncə Rəbbimin qarşısına keçməyə onun sorğu suallarını dinləməyə, bu işin günah olduğunu bildiyin halda niyə etdin deyə verdiyi sualı cavablandırmağa hazıram mı? Sizi bilmirəm amma mən hazır deyiləm. Məndən olsa heç çəkinmədən ölərəm. Lakin ölüncə veriləcək o suallara verəcək bir cavabım olmadığından yaşamaq istəyirəm. Yəni o suallara görə qəlbimin ən dərinliklərində qorxuram ölümdən. Əslində kim qorxmur ki? Ümumiyyətlə bir nəfərdə niyə çıxıb demir ki, bəsdir ölümdən danışdın? Mövzunu dəyiş. 

  Na na ni nina na söhbəti dəyişdim güya. Yaxşı onda nə danışım sizlərə. Xəbəriniz varmı 2 gün sonra ad günümdür mənim sizcə neçə yaşım olacaq?  Bir blog yazısı yazaram nədə olsa yubiley kimi bir şeydir. Ay ipuçu verdim, 2 gün vaxtınız var tapın görək neçə yaşım var? Hadi kolay gəlsin o zaman. Sağolun Allaha əmanət olun..


İmza:10

19 Ağustos 2018 Pazar

#1. 4+1 məsləhətim


   Bismillahi Rahmani Rahim
  Yeni yepyeni film məsləhətləri ilə gəlmişəm qarşınıza. Ya da ekranınızın qarşısına. Bu gün sizə tam 4+1 şəklində film və serial məsləhəti verəcəm. Vaxt itirmədən dərhal keçək.
1. Absolutely Anything
  


    Qətiliklə hər şey mənasında tərcümə edilən film bir yazarın həyatından bəhs edir. Əslində tam olaraq yazar demək olmaz çünki artıq neçə ildir ki yazdığı əsəri tamamlaya bilməyən yazardır o. Eyni zamanda müəllim işləyən baş qəhrəmanımız yad planetlilər tərəfindən sehrli güclərə sahib olduqdan sonra həyatı dəyişir. Xüsusilə də o sehrli güclərin varlığını öyrəndikdən sonra başı dərddən xilas olmayacaq dostumuzun həyatından bəhs edir. 3.8/5
2. Please by stand




Gözləmədə qal deyə tərcümə olunan bu film yenə bir yazarlıq macərasından bəhs edir. Yazar olan dostumuz bir azda xəstə olduğu üçün onun kimi olan insanların əhatəsində olacaq bir yerə yerləşdirilir. Qohumları tərəfindən arada bir ziyarət edilən dostumuz tənhalığını qələmlə paylaşır və yazmağa başlayır. Sonra televizorda bir reklam görür, reklamda bir proqramın senarisinin yazılmağını istəyir. Ən yaxşı yazılan senari seçiləcək və həmin ssenariyə uyğun çəkiləcək proqram deyilir. Hər şey bu reklamdan sonra başlayır. Filmdə yazarlığa çox gözəl tərifdə verilmişdir. Məncə demiyim siz özünüz izləyin və dinləyin.

3. Bizim köyün şarkısı





  Türk filmi olduğu üçün adını tərcümə etmirəm. Çox sevərək izlədiyim bir film oldu. Baş qəhrəman bu dəfə böyük xəyallara sahib bir uşaqdır. Çınar atasının iflasa uğradığından sonra atasının kəndinə getməyə məcbur oldu. Yaşadığı imkanlı həyatından birdənbirə keçid etdiyi kənd həyatı onu əvvəllərdə sıxsada sonradan ən böyük xəyalının gerçəkləşməsi sayəsində aşiq olur bu kəndə.

    4.Meleklerin Mucizesi






   Yenə bir türk filmi. Amma sizə bir sirr verim en bi sevdiyim film oldu. Ax ax bir insanın həyatında hər şey i tərs gedər? Bu dostumuzda hər şey tərs gedir. Dostumuzun bu halına kömək olaraq bir mələk gəlir və onun bütün həyatı birdən birə dəyişir. Çox sevərək izləmişdir filmi.

  Vəə gəldik serial məsləhətim- Çalıkuşu





Baş rollarında Fahriye Evcenle Burak Özçivitin payladığı bu serial çox gözəldir. Kitabından uyarlandığı deyildiyi bu serial əslində kitab ilə heç bir əlaqəsi yoxdu. Bu xəbəri eşidəndə çox sevinmişdim çünki hələ kitabı oxumamışam. Nə isə. Serial Fəridənin həyatından bəhs edir. Daha doğrusu Fəridənin qələmindən həyatını izləyirik. Kamranla gah barışıb, gah küsən Fəridənin həyatı keşke bu yalnızca bu dərd ilə kifayətlənəydi. Serialda ən əsas diqqət etdikləri bir məsələdə var ki, məncə tam həqiqəti əks etdirir. Belə ki, yetim olan Fəridə xalasının himayəsində böyüyür. Uşaqlığında öz uşaqlarından ayırd etməməyin baxmayaraq. Böyüdüyü zaman etmədiyi bir çox günaha görə onu günahkar hesab edir. Fəridənində öz dediyi kimi dırnaqla ət kimi öz uşaqlarından ayırmırdı. Amma Fəridə dırnaq idi. Uzandıqca kəsilən, kəsildikcə atılan. Yəni həmişə günahlandırılan. Bundan əlavə yazar o qədər gözəl senari hazırlamış, sözlər, cümlələr yazmış ki mən onları instagram hesabıma da paylaşdım. Həə sonda o ikisinin artıq evli olduğunu qeyd etməyə ehtiyac yoxdur deyilmi? 

Bu qədər. Gələn yazılarımda görüşənə qədər Allaha əmanət olun...


İmza:10

Yeni yazım.. Xoş oxumalar ☺..

"Tanrı tənhalığı"

Bismillahi Rahmani Rahim Salam, dostlar, necəsiniz? Bir neçə gündür yazı yaza bilmirdim, duyğularımı, hislərimi kəlmələrlə bölüşə b...